Nuri: Özilin “Arsenal”da yeganə futbolçu olduğunu demək səhv olar
22.10.2013 - 05:55
“Borussiya”nın türkiyəli futbolçusu Nuri Şahin Çempionlar Liqasında bu gün qarşılaşacaqları “Arsenal”klubunda çıxış edən Məsut Özil haqqında danışıb. Apasport.az saytının məlumatına görə, oyun öncəsi keçirilən mətbuat konfransında fikirlərini açıqlayan təcrübəli yarımmüdafiəçisi həmyerlisi Özilə təriflər yağdırıb:
“Məsut Özil mənim ən yaxın dostum və çox yaxşı futbolçudur. Onun “Arsenal”da yeganə futbolçu olduğunu demək səhv olar. Amma komandanın çoxönəmli bir parçası olduğunu deyə bilərik”.
Nuri yaxın dostuna qarşı oynamağın onun üçün elə də çətin olmadığını bildirib: “Oyun başlayanda kimə qarşı oynadığınızın elə də önəmi yoxdur. Əsas olan, komandanın sisteminə sadiq qalmağımızdır. Belə oynarsaq, fərdi mübarizələrdən çəkinməyə ehtiyac yoxdur”.

0
0