22-ci start
22.10.2013 - 08:31
Sabah Azərbaycan kubokunun 2013/14 mövsümünə start veriləcək. Apasport.az saytının məlumatına görə, I divizion təmsilçilərinin mübarizə apardığı 1/16 final mərhələsinin 3 qarşılaşması baş tutacaq. Bu isə o deməkdir ki, 1/8 finala 3 vəsiqənin sahibi artıq sabah müəyyənləşəcək.
Bir matçdan ibarət olan 1/16 final mərhələsinə Bakıda start veriləcək. Paytaxt təmsilçiləri MOİK-lə “Qaradağ Lökbatan” arasında görüş mövsümün ilk qarşılaşması olacaq. Əvvəllər də ölkə kubokunda oynamış aşağı dəstə təmsilçiləri 4 il əvvəl də bu mərhələdə qarşılaşmışdı. Həmin vaxt 2 oyunun nəticəsinə əsasən MOİK mübarizəni dayandırmışdı. İndi I divizionun ortabablarından olan “hərbçilər” liderlərdən biri olan rəqibindən həmin yenilginin qisasını almağa çalışacaq.
Günün digər 2 matçı isə eyni vaxtda başlayacaq. Kubok yarışlarında kifayət qədər təcrübəsi olan “Şahdağ” “Şuşa”nın qonağı olacaq. Aşağı dəstənin liderləri sırasında qərarlaşan meydan sahibləri bu yarışda da irəliləməyə çalışacaq. İmişlidə isə kubokun debütantı “Mil-Muğan” ilk sınağına çıxacaq. Çempionatın ortababı “Lokomotiv” səfərdə mərhələ adlamaq iddiasındadır.
Qeyd edək ki, sayca 22-ci kubok yarışının 1/16 final mərhələsinə gələn həftə yekun vurulacaq. Oktyabrın 30-da baş tutacaq son görüşdə “Araz Naxçıvan” “Ağsu”nu qəbul edəcək. Qarşılaşmanın digər oyunlardan gec keçirilməsinə səbəb sabah baş tutacaq Superkubok matçının Naxçıvanda keçirilməsidir.
Azərbaycan kuboku, 1/16 final
23 oktyabr (çərşənbə)
13:00. MOİK – “Qaradağ Lökbatan”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
15:00. “Şuşa” – “Şahdağ”
“Şəfa” stadionu, 4-cü meydança
15:00. “Mil-Muğan” – “Lokomotiv”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00

0
0