Makedoniya - Azərbaycan matçının vaxtı dəqiqləşdi
22.10.2013 - 11:50
Makedoniya - Azərbaycan matçının vaxtı dəqiqləşdi
21 yaşadək futbolçulardan ibarət millimizin növbəti rəsmi oyununun başlanma saatına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Bernhard Lippertin yetirmələri noyabrın 15-də səfərdə Makedoniya millisinin qonağı olacaq.

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq qarşılaşma paytaxt Skopyedə baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu oyuna qədər millimiz 4 xalla 3-cüdürsə, Makedoniya yığması 1 xalla sonuncudur. Bir neçə dəfə Bakıda olmuş Boban Babunskinin başçılıq etdiyi komanda həmin 1 xalı da paytaxtımızda qolsuz heç-heçə ilə nəticələnən görüşdən qazanıb.