“Neftçi”dən 300 min alan futbolçuya cinayət işi açıldı - VİDEO
22.10.2013 - 11:49
“Neftçi” klubunun sabiq futbolçusu Marian Aliuta Rumıniyada diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, karyerasının son illərini Azərbaycanda keçirən yarımmüdafiəçi qalmaqal yaradıb.
Belə ki, 2009-10-cu illərdə ölkəmizdə çıxış etdikdən sonra futbolçu fəaliyyəti böyük ölçüdə başa çatan Aliuta Buxarest küçələrindən birində dava-dalaş salıb. Sabiq futbolçu qardaşı və dostu ilə birlikdə paytaxt mağazalarından birinin sahibinə hücum çəkiblər. Onlar elə küçənin ortasında sahibkarı əvvəl daşa basıb, sonra döyüblər.
Hazırda məsələ ilə bağlı cinayət işi açılıb. Məsələni polis araşdırır.
Qeyd edək ki, Rumıniya millisində 5 matça çıxan Aliuta “Neftçi” klubunun heyətində Premyer Liqada 31 oyunda 5 qol vurub. O, “ağ-qaralar”da keçirdiyi mövsüm yarım üçün paytaxt təmsilçisindən 300 min dollar alıb. Belə ki, 2008/09 mövsümünün 2-ci yarısı və 2009/10 mövsümündə ölkəmizdə çıxış edən rumıniyalı ilinə 200 min dollar qazanırdı.

0
0