Samir Ələkbərov: Saşa Stamenkoviç bu dəfə “kloun”luq etməz
22.10.2013 - 12:11
“Futbolçu karyeramda iki dəfə Azərbaycan Superkuboku uğrunda matçın iştirakçısı olmuşam”. Bu sözləri apasport.az saytına açıqlamasına veteran futbolçu Samir Ələkbərov deyib.
Sabah 18 illik aradan sonra yenidən Azərbaycan Superkuboku uğrunda görüş keçiriləcək. Ölkə çempionu “Neftçi” ilə kubokun finalçısı “Xəzər Lənkəran”ın dueli ərəfəsində Əliyevin fikirlərini öyrənməyi vacib bildik.
Əvvəla, Samir futbolçu kimi “Neftçi”nin, məşqçi qismində isə “Xəzər Lənkəran”ın şərəfini qoruyub. Digər tərəfdən, indiyəcən baş tutan 3 Superkubokdan ikisinin iştirakçısı olub.
Belə ki, 1993-cü il fevralında Sumqayıtda “Neftçi” ilə “İnşaatçı” arasında keçirilən ilk Superkubokda “ağ-qaralar” 4:1 hesabı ilə qalib gələrkən, Ələkbərov diqqət mərkəzinə düşüb. Superkubok tarixində ilk və yeganə dublun müəllifi olan Samir matçın ən yaxşı futbolçusu üçün ayrılan xüsusi mükafata layiq görülüb.
Ələkbərov 1995-ci ilin iyununda “Neftçi” ilə “Turan”ın iştirakı ilə reallaşan Superkubok matçında da meydana çıxıb. Həmin vaxt görüşün əsas və əlavə vaxtında 1:1 hesablı bərabərlik qeydə alındığından qalib penaltilər seriyasında müəyyənləşib və burda “ağ-qaralar”ın bəxti gətirib – 10:9.
Ələkbərov həmin günləri belə xatırlayır: “İlk Superkubok oyununda Sumqayıtda “İnşaatçı” ilə oynadıq və 4:1 hesabı ilə qalib gəldik. Yaxşı xatırlayıram, dubl etdiyim üçün matçın ən yaxşısı seçildim. 1995-ci ildə “Turan”la oyunumuzda isə penaltilər seriyasında qalib gəldik. Xeyli vaxt keçib. 18 ildən sonra Superkubokun bərpası sevindirici haldır”.
“Neftçi”nin sabiq oyunçusu, “Xəzər Lənkəran”ın məşqçisi olan Ələkbərov görüşün favoritini də açıqlayıb: “Adətən, belə oyunların taleyini komandadakı əhval-ruhiyyə, matça köklənmək həll edir. Fikrimcə, “Xəzər Lənkəran” daha şanslıdır, onlar bu oyuna daha ciddi yanaşırlar. Toşakın açıqlamasını oxudum, Azərbaycanda ilk titulunu qazanmaq istədiyini söyləyib. Lakin “Neftçi”nin də gücü hər kəsə bəllidir. Məncə, qalib ölkə kubokunun finalında olduğu kimi, yenə penaltilər seriyasında müəyyənləşəcək. Ümid edirəm ki, Saşa Stamenkoviç bu dəfə “kloun”luq etməz”.
Qeyd edək ki, “Xəzər Lənkəran”la “Neftçi” sabah İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionunda üz-üzə gələcəklər. Görüş saat 15:00-da başlayacaq.

0
0