“Foqts söz verib ki, komandamızı Avro-2016-ya çıxaracaq”
22.10.2013 - 12:22
“Foqts söz verib ki, komandamızı Avro-2016-ya çıxaracaq”
“Millimizin Şimali İrlandiya və Rusiyaya qarşı keçirdiyi oyunları izlədim. Komandada inkişaf hiss olunur”. Bu sözləri apasport.az saytına açıqlamasında veteran futbolçu Samir Ələkbərov deyib.

Azərbaycan milli komandası DÇ-2014-ün seçmə mərhələsinin son oyunlarında Şimali İrlandiyanı məğlub edib (2:0), Rusiya ilə bərabərə qaldı. Bu səbəbdən istefası gündəmdə olan baş məşqçi Berti Foqtsun postunda qalıb-qalmamağı ilə bağlı fikir ayrılığı yaranıb. Ələkbərov almaniyalı çalışdırıcı ilə davam etməyi doğru sayır: “Foqts 6 ildir millimizə rəhbərlik edir, öz komandasını formalaşdırıb. Artıq heyətə yaxşı bələddir. O, söz verib ki, komandamızı Avro-2016-ya çıxaracaq. Qalıb işləsin, görək nə olur”.