“Bəxtimizə Azərbaycanı təmsil edən gözəl rəqib düşdü”
22.10.2013 - 12:40
“Püşkatmanın nəticəsi məni razı salır. Fantastik püşk oldu. Bizə Portuqaliya, Macarıstan və Azərbaycanı təmsil edən gözəl rəqiblər düşdü”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə “Eyndhoven” klubunun baş məşqçisi Karmelo Nieddu deyib.
Oktyabrın 18-də Çempionlar Liqasının püşkatması atıldı. Elit mərhələdə yarışacaq dəyişməz çempionumuz “Araz” D qrupunda yarışacaq. Naxçıvan təmsilçisinin rəqibləri Portuqaliyanın “Sportinq”, Macarıstanın “Dyör” və Hollandiyanın “Eyndhoven” klublarıdır.
Qrupun autsayderi sayılan Hollandiya çempionunun çalışdırıcısı da bu fikirlə razıdır: “Düzünü danışmalı olsaq, biz bu qrupda ən zəif komandayıq. Ancaq bu kağız üzərində belədir. Biz dərimizi mümkün olduğu qədər baha qiymətə satacağıq. İlk növbədə onu deməliyəm ki, komandamdan razıyam. Biz millətimizi futzalda təmsil etmək üçün əlimizdən gələni edəcəyik. Düzdür, Hollandiya hələ futzal xəritəsində böyük bir ölkə deyil. “Sportinq”, “Dyör” və “Araz” isə Avropanın top komandalarıdır. Ancaq onlara qarşı oynamaq üçün bizim imkanlarımız da məhdud deyil”.
Qeyd edək ki, Portuqaliyada baş tutacaq D qrupunun ilk turunda “Araz” “siftə”ni “Eyndhoven”lə edəcək. Noyabrın 21-də keçiriləcək bu görüş bizim vaxtla saat 22:00-da keçiriləcək.

0
0