AFFA 4 klubu cəzalandırdı
22.10.2013 - 13:04
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının X turunun oyunlarında baş verən xoşagəlməz hadisələr müzakirə olunub. Nəticədə komitə 4 klubu cəzalandırıb.
“Neftçi” – “Rəvan” və “İnter” – “Qəbələ” matçlarında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 1000 manat cərimə olunub. “Simurq” – “Xəzər Lənkəran” görüşündə 4 xəbərdarlıq alan cənubluların da cəzası eyni olub. Bu qarşılaşmanın 73-cü dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat ziyana düşüb. Oyunun 79-cu dəqiqəsində “Simurq”un üzvü İdan Vaytsmanın qırmızı vərəqə alması meydan sahiblərinin 200 manat cəzalanmasına səbəb olub. İsrailli legioner isə 1 oyunluq kənarlaşdırılıb.

0
0