“Qaradağ Lökbatan”ın futbolçusu qapını sındırdı
22.10.2013 - 13:42
Azərbaycan çempionatının I divizionunun VI turunun “Bakılı” – “Qaradağ Lökbatan” matçında qalmaqal yaşanıb. Apasport.az saytının məlumatına görə, qarşılaşma zaman qırmızı vərəqə alan Taleh Muradov aqressivliyi ilə fərqlənib.
Qonaqların futbolçusu oyunun 85-ci dəqiqəsində meydandan qovularkən də gücünü göstərib. Muradov əvvəl ehtiyat hakimin əyləşdiyi yerin şüşəsini sındırıb. Ardınca isə futbolçu soyunub-geyinmə otağının qapısını qırıb.
AFFA-nın İntizam Komitəsi “Qaradağ Lökbatan”ın üzvünün hərəkətlərini araşdıraraq onu cəzalandırıb. Muradov 3 oyunluq cəzalanıb, klubu isə 200 manat cərimə ödəyəcək. Bundan başqa dəymiş ziyana əsasən “Qaradağ Lökbatan” stadionun rəhbərliyinin təqdim edəcəyi hesaba uyğun olaraq ödəmə etməlidir.
Qeyd edək ki, Zirə qəsəbə Olimpiya idman Kompleksinin stadionundakı görüş 1:1 hesabı ilə başa çatıb.

0
0