“Ukrayna və Azərbaycan futbolunun səviyyəsini müqayisə etməyə əsas yoxdur”
22.10.2013 - 15:27
“Ukrayna və Azərbaycan futbolunun səviyyəsini müqayisə etməyə əsas yoxdur”
“Ukrayna və Azərbaycan futbolunun səviyyəsini müqayisə etməyə bir əsas yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun sabiq qapıçısı Vitali Postranski deyib.

Hazırda karyerasını vətənində davam etdirən ukraynalı futbolçu Luqanskın “Zarya” klubunun formasını geyir. 36 yaşlı Postranski həmyerlilərinə verdiyi müsahibədə Ukrayna və Azərbaycan futbolunu müqayisə edib. Qapıçı bu sahədə fərqin böyük olduğunu düşünür: “Bizim çempionatımız birmənalı şəkildə güclüdür. Bu, bütün komponentlərdədir və mütləq üstünlükdür. Futbolçuların səviyyəsi, klubların strukturu, çempionatın təşkili və keçirilməsində”.

Qeyd edək ki, Postranski 2009/10 mövsümündə Premyer Liqada 18 oyuna 18 qol buraxıb.