Kolumbiya futbolunda kuryoz hal
22.10.2013 - 15:34
Kolumbiya futbolunda kuryoz hal
Kolumbiya futbolunda növbəti kuryoz hal yaşanıb. Apasport.az saytının məlumatına görə, dünən ölkə çempionatının XV turu çərçivəsində “Boyako Çiko”nun qonağı olan “İndependyente”nin futbolçuları meydana saxta forma ilə çıxmalı olublar.

Belə ki, Santa-Fe klubunun inzibatçısı futbolçuların formalarını səfərə gətirməyi unudub. Nəticədə qonaqlar vəziyyətdən çıxış yolunu yaxınlıqdakı mağazaya üz tutmaqda görüblər. Oradan alınan dəsti 4,66 avroya başa gələn formalar işə yarayıb. Matç “İndependyente”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Kolumbiya futbolunda kuryoz hadisələr tez-tez baş verir.