AFFA-nın hüquqşünası: Cəzalar sərtləşdiriləcək
22.10.2013 - 17:00
“Topaz Premyer Liqasının yeni mövsümündə matçların nəticələrinin manipulyasiyası və razılaşdırılmış oyunlarla bağlı heç bir siqnal almamışıq”. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın hüquqşünası Rəmiş Malıyev deyib.
UEFA-nın idman nəticələrinin manipulyasiyası və razılaşdırılmış oyunlara qarşı mübarizə üzrə ölkəmizdəki nümayəndəsi olan Malıyev bu ilin aprel ayında böyük əks-səda doğuran açıqlama ilə çıxış etdi.
O, Premyer Liqanın bir sıra oyunlarının nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsi barədə AFFA-ya məlumatlar daxil olduğunu bildirmişdi. Həmin vaxt bu siqnalı araşdırmaq və şübhəli oyunları analiz etmək AFFA-nın Apelyasiya və Ekspert Komitəsinə tapşırılmışdı. Ancaq araşdırmanın yekununda məlumatın doğruluğuna dair heç bir sübut tapılmadı.
Yeni mövsümün geridə qalan oyunları ilə bağlı heç bir siqnal almadıqlarını söyləyən Malıyev gələcəkdə bu cür halların baş verəcəyini istisna etməyib: “Hələlik AFFA-ya bu yöndə xəbər daxil olmayıb. Özümüzdə oyunları, mətbuatı izləyirik. Hər hansı şübhəli bir məsələ olan kimi dərhal nəzarətə götürürük. Sevindirici haldır ki, çempionatın geridə qalan bölümü ərzində bu cür xəbərlərə rast gəlməmişik. Ancaq bu cür halların yaşanması istisna deyil. Heç kim bundan sığortalanmayıb. Təbii ki, ölkəmizin adının bu cür məsələlərdə hallanmasını istəmirik”.
Bir neçə ay öncə AFFA rəhbərliyinin təşəbbüsü ilə Apelyasiya və Ekspert Komitəsi şübhəli oyunlarla bağlı keçirilən iclasında İcraiyyə Komitəsindən bu cür hallara qarşı sərt cəza tədbirlərinin tətbiq olunması və Premyer Liqa yarışlarının intizam qaydalarına daxil edilməsi məsələsinin qaldırılmasına qərar verilmişdi. Malıyev bildirib ki, bu məsələ kompleks şəklində həllini tapmalıdır: “Hazırda Avropa Şurası çərçivəsində 2013-cü ildə qəbul olunması nəzərdə tutulan idman oyunlarının nəticələrinin manipulyasiyasına qarşı konvensiya da müzakirə olunur. Ən geci gələn ilin əvvəlində Azərbaycan da həmin konvensiyaya daxil olacaq. Bununla da bizim cinayət qanunvericiliyinə müvafiq bəndlər daxil ediləcək. Bu isə o deməkdir ki, artıq bu cür hallar həm də hüquq mühafizə orqanlarının nəzarətində olacaq. Yəni, cəzalar sərtləşdiriləcək. Bildiyiniz kimi, hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bununla əlaqədar cəmi 1 maddə var. O da qanunsuz mərc oyunlarının təşkili ilə bağlıdır. Yəni, sırf danışılmış oyunlarla bağlı maddə yoxdur”.
Qeyd edək ki, AFFA-nın İntizam Qaydalarının “Xüsusi hissə”sində oyun satanın da, oyun alanın da cəzasının eyni olduğu öz əksini tapıb. 95-ci maddədə qeyd olunur ki, danışılmış oyunlar aşkar edilərsə, hər iki komanda Premyer Liqadan kənarlaşdırılır və I diviziona keçirilir. Komandaların xalları silinir. Günahkar şəxslər futbol qurumlarında fəaliyyətdən məhrum edilirlər.

0
0