Azərbaycanda futbol üzrə dünya çempionatına aid film çəkilir
22.10.2013 - 17:02
Fransız şirkəti tərəfindən 2014-cü ildə Braziliyada keçiriləcək FİFA dünya çempionatının 100 illiyinə həsr olunmuş "F2014" adlı film çəkilir. Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.
Filmin çəkilişləri Braziliya, Fransa, İsveçrəylə yanaşı, Azərbaycanda da aparılır. Ölkəmizdə aparılan çəkilişlər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən həyata keçirilir.
Qeyd edək ki, filmdə 1930-cu ildə Uruqvayda keçirilən ilk DÇ-nin təşəbbüskarlarından olan FİFA-nın mərhum prezidenti Jül Rime rolunu məşhur fransız aktyoru Jerar Depardye canlandırır.

0
0