Səlahət Ağayev: Bu, təsadüfi məğlubiyyət idi - MÜSAHİBƏ
22.10.2013 - 23:01
Azərbaycan milli komandasının və “İnter”in qapıçısı Səlahət Ağayevin apasport.az saytına müsahibəsi
- Mövsümə yaxşı başlasanız da, birinci dövrənin sonuna yaxın toparlanmağı bacardınız. Lakin fasilə komandanız üçün düşərli olmadı və ikinci dövrəyə məğlubiyyətlə start verdiniz. “İnter”lə nə baş verir?
- Fasilədən sonra qarşılaşdığımız “Qəbələ” heç də zəif rəqib deyildi. Bununla belə, biz onlardan daha yaxşı oynadıq. Matçı izləyənlər fikrimi təsdiqləyərlər. Qol imkanlarımız da çox oldu. Bu cür qarşılaşmalarda bir qol həlledici olur. Ancaq oyun planında komandada müsbət dəyişiklik var. Bu məğlubiyyət təsadüfi sayıram. Uduzmalı deyildik.
- Ancaq hücum xəttindəki problem qalmaqdadır...
- Futbol kollektiv oyundur. Şanslarımız oldu, sadəcə onları realizə edə bilmədik.
- Cari mövsümdə “İnter” ən çox qol buraxan üç komandadan biridir. Halbuki, bu komanda əvvəlki illərdə etibarlı müdafiəsi ilə seçilirdi. Səbəbini izah edə bilərsiniz?
- Çünki yayda heyətə yeni futbolçular cəlb edildi. Başlanğıcda onların uyğunlaşması üçün zamana ehtiyac var idi. Çünki komandaya uyğunlaşmamışdılar. Son matçlarda hər şey qaydasına düşüb.
- Hazırkı çempionatda baş məşqçi sizə daha çox şans verir. Bu limitdən qaynaqlanan məcburi gedişdi, yoxsa onun etibarını qazanmısınız?
- Bu, baş məşqçinin qərarıdır. Oynadım-oynamadım, hər zaman hazır olmalıyam. Şans verildikcə, özümü göstərməliyəm. Hər bir qapıçı daim oynamaq istəyir. Baş məşqçimiz də kim hazırdırsa ona şans verir.
- “İnter”də Georgi Lomaya dövrünün başa çatdığını söyləmək olarmı?
- Niyə ki? Həm Lomaya, həm də Elşən Poladov yaxşı qapıçılardır. Heyətdə 3 qapıçı var, oyun zamanı isə birimiz meydana çıxmalıyıq.
- Bu gedişlə yığmanın da əsas qapıçısı ola bilərsiniz...
- Hər şey klubdan başlayır. Gərək klubda yaxşı çıxış edək ki, əsas millidə də özümüzə yer tapaq.
- “İnter” bu gedişlə mükafatçılar sırasına düşə biləcəkmi?
- Çempionat uzundur. Bilmək olmaz.... Allahın köməkliyi ilə yaxşı yer tutarıq.
- Qarşınıza konkret məqsəd qoyulubmu?
- Xeyr, deyilməyib ki, mütləq çempion olmalısınız və ya kuboku qazanmalısınız. Ancaq “İnter” hər zaman iddialı olub. Bu iddiamızı indi də davam etdirmək istəyirik.
- Bu gün Azərbaycan Superkuboku keçiriləcək. Hansı komandanı daha şanslı sayırsınız?
- Nə deyim, mən azarkeşəm. Yaxşı oyun izləmək istəyirəm. Həm “Xəzər Lənkəran”a, həm də “Neftçi”yə uğurlar arzulayıram.
- Hansı komandaya azarkeşlik edəcəksiniz?
- Hər ikisi yerli komandadır. Hansı yaxşı oynasa, ona da azarkeşlik edəcəyəm. Kimin udmağının mənim üçün elə də fərqi yoxdur.

0
0