“Fiorentina” kapitanı ilə müqavilə yenilədi
22.10.2013 - 19:52
“Fiorentina” kapitanı ilə müqavilə yenilədi
“Fiorentina” 31 yaşlı müdafiəçisi Manuel Paskual ulə müqavilə yeniləyib. Apasport.az saytının məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belə ki, İtaliya təmsilçisi komanda kapitanı ilə 2014-cü ilə qədər olan müqavilən daha bir il uzadıb. Anlaşmaya əsasən əgər klub Paskualın çıxışından razı qalsa, onunla yenidən bir illik müqavilə imzalamaq haqqı var.

Qeyd edək ki, İtaliya millisinin də üzvü olan Manuel 2005-ci ildən “Fiorentina”da çıxış edir.