Sensasiyalı qola səbəb olan qapı toru hərraca çıxarılacaq - FOTO
23.10.2013 - 05:57
Sensasiyalı qola səbəb olan qapı toru hərraca çıxarılacaq - FOTO
Almaniya Bundesliqasının IX turunda keçirilən "Hoffenhaym" - "Bayer" (1:2) qarşılaşmasında sensasiyalı qola səbəb olan qapı toru satışa çıxarılıb. Apasport.az saytı yerli KİV-ə istinadən xəbər verir ki, bu satışdan əldə edilən gəlir "Ein Herz für Kinder" (uşaqlar üçün bir ürək) adlı xeyriyyə proqramına veriləcək.

Belə ki, 4.5 kiloqram olan tor başlanğıc məbləğ 100 avro olmaqla hərraca çıxarılacaq. Buradan gələn gəlir yardıma möhtac uşaqlar üçün xərclənəcək.

Həmin qarşılaşmada ev sahibi olan "Hoffenhaym" klubunun rəsmisi Peter Rettiq açıqlamasında problemə səbəb olan bu toru heç olmasa yaxşı məqsəd üçün istifadə etmək istədiklərini bildirib.

Qeyd edək ki, bu oyunun 70-ci dəqiqəsində "Hoffenhaym"ın futbolçusu Ştefan Kisslinq baş zərbəsi ilə qapıya vurduğu top kənara çıxarkən cırıq olan tora dəyərək içər düşmüşdü. Nə baş verdiyini anlamayan matçın baş hakimi isə bu epizodu qol saymışdı.