Elxan Məmmədov Superkubok matçında
23.10.2013 - 10:33
Elxan Məmmədov Superkubok matçında
AFFA-nın baş katibi Elxan Məmmədov Naxçıvana yollanıb. Apasport.az saytının məlumatına görə, federasiya rəsmisinin səfərinin məqsədi Azərbaycan Superkuboku uğrunda görüşü canlı izləməkdir.

Məmmədov bu gün İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionunda
ölkə kubokunun finalçısı “Xəzər Lənkəran”la son çempion “Neftçi”nin duelini tribundan seyr edəcək.

Qeyd edək ki, görüş saat 15:00-da başlayacaq.