Azərbaycanda çıxış edən 2 legioner Braziliyada
23.10.2013 - 10:44
Azərbaycanda çıxış edən 2 legioner Braziliyada
Azərbaycan çempionatında çıxış edən 2 futzalçı dünyanın ən güclü yığmalarının iştirakı ilə keçirilən Qran-Priyə yollanıb. Apasport.az saytının məlumatına görə, Braziliyada təşkil olunan yarışda çıxış edən Serbiya millisi Cənubi Amerikaya ölkəmizdən dəvət olunan 2 oyunçu aparıb.

Bunlar “Araz”ın üzvü Mario Periç və “Fənərbaxça”nın legioneri Vladimir Laziçdir. Onların şərəfini qoruduğu yığma Rusiya, Paraqvay və Qvatemala ilə eyni qrupda mübarizə aparır.

Qeyd edək ki, 8-ci dəfə keçirilən futzal Qran-Prisinə oktyabrın 27-də yekun vurulacaq.