Millimizlə oyundan öncə şikayətləndi: Qol vura bilmirik
23.10.2013 - 12:21
Noyabrın 15-də Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Estoniya yığmasının zəif cəhəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komandamızla Tallinndə görüşəcək Baltikyanı ölkə təmsilçisi hücum xəttində çətinliklər yaşayır.
Bunu komandanın baş məşqçisi Tarmo Ruutli açıqlayıb.
Təcrübəli mütəxəssis müsahibəsində yığmadakı problemlərindən danışıb: “Komandamızın ən zəif yeri hücum xəttidir. Bunun niyə belə olması mənə də maralıdır. Meydanın 2/3 hissəsində rahat oynayırıq. Rəqib qapısına tərəf olan 1/3 hissəlik meydanda isə heç nə edə bilmirik. Görünür, ya futbolçuların bacarığı yoxdur, ya da qol vurmaq səriştəsi. Yoxsa ki, rəqiblə bərabər oynayıb topa da nəzarət edirik, amma qol vura bilmirik. Çıxış yolları axtarıram. Milliyə namizədlərin geniş siyahısı var. Yoxlama oyunlarında bu futbolçuları sınayıram. Müxtəlif variantları yoxlasam da, yenə hücumda dişsiz oluruq”.
Qeyd edək ki, Estoniya yığması DÇ-2014-ün seçmə mərhələsində cəmi 6 qol vurub.

0
0