“Mançinidə o ürək yoxdur”
23.10.2013 - 13:39
Türkiyənin qocaman idman yazarı Hıncal Uluç “Qalatasaray”ın baş məşqçisi Roberto Mançinini sərt şəkildə tənqid edib. Apasport.az saytının məlumatına görə, o, italiyalı çalışdırıcını qorxaqlıqda ittiham edib: “Mançinidə o ürək yoxdur. Əgər olsaydı, “Karabükspor”la matça qapıda Muslera ilə deyil Ufukla başlayardı. Komandaya mesajı bu cür verirlər. “Karabükspor” sənin üzərinə 3 dəfə gələcək ya gəlməyəcək. Ufuk bunları durdurardı. Dani kənarda oturar, sağ cinahda Bruma, solda Amrabat ilə başlardı. Görərdin həmin oyun hansı hesabla bitərdi. Ancaq bu, ağlından belə keçmədi, Mançini əfəndinin”.
Qeyd edək ki, “Qalatasaray”ın Türkiyə Superliqasının sonuncu turunda “Karabükspor”u çətinliklə məğlub etməsi (2:1) tənqidlərə yol açıb. Türkiyəli həmkarlarımız Roberto Mançinin bütün rəqiblərlə oyunlarda əsas diqqəti müdafiəyə ayırmasından narazıdırlar.

0
0