“Xəzər Lənkəran” rəhbərliyi VİP lojanı tərk etdi
23.10.2013 - 14:27
Hazırda davam edən “Neftçi” ilə “Xəzər Lənkəran” matçında baş hakim Rəhim Həsənovun 15-ci dəqiqədə paytaxt klubunun qapısına təyin etdiyi penaltini ləğv etməsi cənubluların ciddi narazılığına səbəb olub. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov, vitse-prezident Tuyqun Nadirov və digər rəhbər şəxslər VİP lojanı tərk ediblər. Onlar hazırda qarşılaşmanı media nümayəndələri üçün ayrılmış sektordan izləyirlər.
0
0