Adriano Qalliani: O, bic tülküdür
23.10.2013 - 14:52
İtaliyanın “Milan” klubunun vitse-prezidenti Adriano Qalliani “Barselona” ilə məzələnib. Apasport.az saytının məlumatına görə, dünən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Milan” – “Barselona” görüşü başa çatandan sonra (1:1) meydan sahiblərinin hücumçusu Mario Balotelli qonaqların paltardəyişmə otağına baş çəkib. Onun orada 15 dəqiqə qalması “Balotelli “Barsa”ya keçir” şayiələrini də bərabərində gətirib.
Qalliani isə məsələ ilə bağlı bunları deyib: “Gəlin dəyişək. “Barsa”nın iki normal hücumçusu var. Neymar və Messidən birini seçə bilərik. Mina Rayola (Balotellinin agenti) bic tülküdür. Bilmirəm o, nə fikirləşə bilər. Ancaq Marionun bizimlə 4 illik müqaviləsi var”.

0
0