10-cu dəfə A seriyasında
07.05.2022 - 10:24
10-cu dəfə A seriyasında

İtaliya A seriyasına iki vəsiqənin sahibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Leççe” və “Kremoneze” yenidən yüksək dəstədə çıxış edəcək.

Bu, B seriyasında mövsümün yekunlarına əsasən mümkün olub. “Leççe” 71 xalla 1-ci yeri tutub. “Kremoneze” iki xal geri qalıb. A seriyasına üçüncü vəsiqə pley-offda sahibini tapacaq.

“Leççe” yubiley – 10-cu dəfə A seriyasına yüksəlir. “Atalanta” və “Breşia” 12, “Bari” 11 dəfə bunu bacarıb.

Qeyd edək ki, “Leççe” 2019/20, “Kremoneze” 1995/96 mövsümündə sonuncu dəfə güclülər sırasında olub.