12 dəqiqə oynayan futbolçu “Səbail”dən getdi
07.01.2022 - 15:53
“Səbail” futbolçusu Elşən Abdullayevlə yollarını ayırıb.
Apasport.az saytının məlumatına görə, Premyer Liqanın autsayderi ilə futbolçu arasında müqaviləyə qarşılıqlı razılıqla vaxtından əvvəl xitam verilib.
Elşən azad agent statusu alıb. O, ötən ilin yayında keçdiyi Bakı klubunda cəmi 2 çempionat oyununda iştirak edib. Abdullayev bu görüşlərdə 12 dəqiqə şans qazanıb.
Qeyd edək ki, paytaxt təmsilçisi Elşənədək Şahin Zəkiyevlə də vidalaşıb.
0
0