14 braziliyalı rəmzi komandalarda – Alberto Torres ikinci "11-lik"də
26.05.2021 - 10:12
14 braziliyalı rəmzi komandalarda – Alberto Torres ikinci "11-lik"də

Cənubi Amerika futbol tarixinin rəmzi komandaları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) iki “11-lik” tərtib edib.

Qurum nümayəndələri arasında keçirdiyi səsvermə ilə A və B komandalarını müəyyənləşdirib. Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres ikinci “11-liy”ə layiq görülüb.

A komandasında 5, B komandasında 9 oyunçu Braziliyanı təmsil edir. Argentinanın isə əsas “11-lik”də 5 oyunçusu düşüb. Digər üç futbolçu Peru, Paraqvay və Çilidəndirsə, Uruqvay təmsilçiləri siyahıdan kənarda qalıb. 

A komandası
Qapıçı:
Amadeo Raul Karrizo (Argentina);
Müdafiəçilər: Kafu, Roberto Karlos (hər ikisi Braziliya), Elias Fiqueroa (Çili), Daniel Passarella (Argentina);
Yarımmüdafiəçilər: Didi, Ziko (hər ikisi Braziliya), Dieqo Maradona (Argentina);
Hücumçular: Alfredo Di Stefano, Lionel Messi (hər ikisi Argentina), Pele (Braziliya).

B komandası
Qapıçı:
Xose Luis Çilavert (Paraqvay);
Müdafiəçilər: Ektor Eduardo Çumpitaz Qonzales (Peru), Karlos Alberto Torres, Tyaqo Silva, Marselo; 
Yarımmüdafiəçilər: Jerson, Neymar, Ronaldinyo;
Hücumçular: Jairzinyo, Ronaldo, Qarrinça (hamısı Braziliya).
 

0