Azərbaycan kubokunda 1/4 final mərhələsinin bu gün başlayacaq cavab görüşləri üç gün davam edəcək.
Apasport.az saytının məlumatına görə, 4 komanda yarımfinalın astanasında kubok xəyalı ilə vidalaşacaq.
1992-ci ildən indiyədək 45 klub 1/4 finalda oynayıb. Onlardan 39-u bu mərhələdə məğlubiyyət acısı yaşayıb.
Yalnız 6 komanda 1/4 finalda dayanmayıb. Onlardan dördü yalnız bir dəfə yüksəldiyi mərhələni adlayıb. “Xəzri” və “Kür Nur” isə hərəyə 3 dəfə oynadığı 1/4 finalı həmişə adlamağı bacarıb.
Bu raundda uduzanlara gəlincə isə ən böyük uğursuz “Neftçi”dir. Paytaxt təmsilçisi 12 dəfə 1/4 finalda dayanıb. Düzdür, bunların biri mövsüm dayandığı üçün baş verib.
“Kəpəz” 9 dəfə 1/4 finala yüksəlsə də, daha uzağa gedə bilməyib. “Bakı” ilə “Turan”ın 7 belə uğursuzluğu var. Ümumilikdə 9 komanda ən azı 5 mövsümdə 1/4 finalla kifayətlənib.
Qeyd edək ki, yarımçıq qalan 2001/02 mövsümündə 8 komanda 1/4 finala adlasa da, bu raund başa çatmadığından heç biri yarımfinalçı adını qazanmayıb.
1. “Neftçi” – 12
2. “Kəpəz” – 9
3-4. “Bakı” – 7
3-4. “Turan” – 7
5. “Keşlə” – 6
6-9. “Qarabağ” – 5
6-9. “Qəbələ” – 5
6-9. “Şüvəlan” - 5
6-9. MOİK – 5