1/4 finalın ikinci cütü bəlli oldu – Azərbaycan kubokunda
10.12.2021 - 18:47
1/4 finalın ikinci cütü bəlli oldu – Azərbaycan kubokunda

Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha bir cütü bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Sumqayıt”ın rəqibi MOİK – “Qəbələ” görüşündə müəyyənləşib.

Səfərdə 2:1 hesablı qələbə qazanan “qırmızı-qaralar” 1/4 finala yüksəlib. Komandalar gələn il fevralın 2-də Sumqayıtda, 11 gün sonra Qəbələdə qarşılaşacaq.

Qeyd edək ki, fevralın 2-də və 13-də “Zirə” – “Səbail” cütü də qarşılaşacaq.