17 ildən sonra ilk əcnəbi baş məşqçi
09.02.2022 - 22:28
17 ildən sonra ilk əcnəbi baş məşqçi

“Fənərbaxça”nın sabiq baş məşqçisi Vitor Pereyranın yeni komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə. portuqaliyalı mütəxəssis Braziliyada çalışacaq.

54 yaşlı çalışdırıcı “Korontians” klubu ilə anlaşıb. “Everton”a keçidi son anda baş tutmayan Pereyra yeni klubu ilə tezliklə rəsmi müqaviləyə qol çəkəcək. O, 17 illik fasilədən sonra “Korintians”ın ilk əcnəbi çalışdırıcısı olacaq.

Qeyd edək ki, Vitor Pereyra mövsümün əvvəlində keçdiyi “Fənərbaxça”dan ötən ilin dekabrında ayrılıb.