190 gündən sonra və ya “Sumqayıt”la ilk
09.05.2022 - 19:38
190 gündən sonra və ya “Sumqayıt”la ilk

“Sumqayıt” qələbə həsrətinə son qoyub.

Apasport.az saytının məlumatına görə, Aleksey Baqanın yetirmələri Premyer Liqanın XXVI turunda qalib gəlib.

“Gənclik şəhəri” təmsilçisi öz meydanında “Şamaxı”nı yenib – 2:0. Bununla da 15 matçlıq qələbəsizlik başa çatıb.

Sumqayıtın eyniadlı təmsilçisi sonuncu dəfə ötən il qalib gəlib. Oktyabrın 31-də evdə “Səbail”i 2:0 hesabı ilə məğlub edən komanda 190 gündən sonra qələbə qazanıb. Bu müddətdə “Sumqayıt” nəinki 15 çempionat qarşılaşmasında heç kubokdakı 2 sınaqda da qələbə görməyib.

Bu, həm də Aleksey Baqanın Azərbaycanda ilk uğurudur. Qış fasiləsində Ayxan Abbasovu əvəzləyən belaruslu əvvəlki 10 çempionat və 2 kubok görüşündə görmədiyini 13-cü - nəhs matçında bayram edib.