20 milyonluq endirim
09.05.2022 - 15:44
20 milyonluq endirim

“İnter”in futbolçusu Lautaro Martines üçün tələb etdiyi məbləğ bəlli olub.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu üçün 60 milyon avro ödənilməlidir.

İtaliya klubu cənubi amerikalının qiymətində 20 milyon endirimə razılaşıb. Bir ay öncə Lautaro üçün 80 milyon istəyən milanlılar artıq 60 milyonla da razıdır. 24 yaşlı futbolçunun xidmətində “Arsenal” maraqlıdır.

Qeyd edək ki, Martines mövsümün 45 matçında 21 qol vurub.