2006-cı ildə Almaniyada keçirilən dünya çempionatında iştirak edən 736 futbolçudan yalnız 4-ü 2026-cı il mundialının heyət siyahısında yer alıb.
Apasport.az xəbər verir ki, bu futbolçular Lionel Messi, Kriştiano Ronaldo, Gilyermo Oçoa və Luka Modriçdir.
Messi 2006-cı ildə Argentina millisinin heyətində mundiala 18 yaşında qatılmışdı. O, turnir zamanı 19 yaşını tamamlamışdı. 2026-cı il dünya çempionatında isə Messi 39 yaşında olacaq.Kriştiano Ronaldo 2006-cı ildə ilk dünya çempionatına 21 yaşında çıxmışdı. Portuqaliyalı ulduz 2026-cı ildə 41 yaşında mundialda iştirak etməyə hazırlaşır.
Meksika millisinin qapıçısı Gilyermo Oçoa 2006-cı ildə 20 yaşında heyətdə yer almışdı. Təcrübəli qolkiper 2026-cı il dünya çempionatı zamanı 41 yaşını tamamlayacaq.
Luka Modriç isə 2006-cı ildə Xorvatiya millisinin 20 yaşlı futbolçusu idi. 2026-cı ildə yarımmüdafiəçi 40 yaşında növbəti mundialına qatılacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
- Arbeloa özünü "Bayer"ə təklif etdi: TƏYİNATA QARŞIDIRLAR
- Haaland formasına görə qalmaqal – “Siti” Rikelmeni məhkəməyə verə bilər
- "Liverpul" təyinatı açıqlamağa hazırlaşır: İRAOLA İLƏ MÜQAVİLƏ İMZALANACAQ
- “Qalatasaray” qiyməti açıqladı – Davinson üçün 20 milyon avro
- Arda Gülerə növbəti mükafat: MÖVSÜMÜN QOLU - VİDEO