2021-ci ildə ən çox qol vuran 10 futbolçunun siyahısı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, oyunçuların il ərzində klub və milli komandanın heyətində vurduqları bütün qollar hesaba alınıb.
Ötən ilin ən məhsuldar oyunçusu Robert Levandovski olub. “Bavariya”nın polşalı forvardı 59 matçda rəqib qapılarına 69 dəfə yol tapıb. Onu gənc ulduzlar Kilian Mbappe və Erlinq Haland izləyib.
Müasir futbolun əzəli rəqibləri sayılan Kriştiano Ronaldo və Lionel Messi ilk “10-luğ”a düşsə də, bu dəfə “üçlük”dən kənarda qalıb.
1. Robert Levandowski
Klubu: “Bavariya”
Millisi: Polşa
Yaşı: 33
2021-ci ildə keçirdiyi oyun sayı: 59
2021-ci ildə vurduğu qol sayı: 69
2. Kilian Mbappe
Klubu: PSJ
Millisi: Fransa
Yaşı: 23
Keçirdiyi oyun sayı: 67
Vurduğu qol sayı: 51
3. Erlinq Haland
Klubu: “Borussiya”, Dortmund
Millisi: Norveç
Yaşı: 21
Keçirdiyi oyun sayı: 51
Vurduğu qol sayı: 49
4. Kərim Benzema
Klubu: “Real”
Millisi: Fransa
Yaşı: 34
Keçirdiyi oyun sayı: 63
Vurduğu qol sayı: 47
5. Kriştiano Ronaldo
Klubu: “Yuventus”/“Mançester Yunayted”
Millisi: Portuqaliya
Yaşı: 36
Keçirdiyi oyun sayı: 64
Vurduğu qol sayı: 46
6. Lionel Messi
Klubu: “Barselona”/PSJ
Millisi: Argentina
Yaşı: 34
Keçirdiyi oyun sayı: 60
Vurduğu qol sayı: 43
7. Duşan Vlahoviç
Klubu: “Fiorentina”
Millisi: Serbiya
Yaşı: 21
Keçirdiyi oyun sayı: 56
Vurduğu qol sayı: 41
8-10. Artur Kabral
Klubu: “Bazel”
Millisi: Braziliya (heç bir oyuna çıxmadı)
Yaşı: 23
Keçirdiyi oyun sayı: 51
Vurduğu qol sayı: 39
Məhəmməd Salah
Klubu: “Liverpul”
Millisi: Misir
Yaşı: 29
Keçirdiyi oyun sayı: 58
Vurduğu qol sayı: 39
Memfis Depay
Klubu: “Lion”/“Barselona”
Millisi: Niderland
Yaşı: 27
Keçirdiyi oyun sayı: 60
Vurduğu qol sayı: 39