2021-ci ilin ən yaxşı baş məşqçisi açıqlandı
25.12.2021 - 17:53
2021-ci ilin ən yaxşı baş məşqçisi açıqlandı

Britaniyanın “FourFourTwo” nəşri 2021-ci ilin ən yaxşı 50 məşqçisinin siyahısını hazırlayıb.

Apasport.az saytının məlumatına görə, ilin ən yaxşısı “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola seçilib.

İspaniyalı mütəxəssisin çalışdırdığı “şəhərlilər” bu il Premyer Liqanın qalibi olub, İngiltərə Liqa Kubokunu qazanıb və Çempionlar Liqasının finalına yüksəlib. İlk “üçlüy”ün digər sakinləri Çempionlar Liqasını qazanan “Çelsi”nin çalışdırıcısı Tomas Tuxel və “Liverpul”a rəhbərlik edən Yurgen Kloppdur.

İlk “10-luq”da yer alan digər mütəxəssislər müvafiq olaraq Antonio Konte (“İnter”, “Tottenhem”), Hans-Diter Flik (“Bavariya”, Almaniya), Roberto Mançini (İtaliya), Dieqo Simeone (“Atletiko”), Yulian Naqelsmann (“Leypsiq”, “Bavariya”), Qaret Sautqeyt (İngiltərə) və Mauritsio Poçettinodur (PSJ).