2021-ci ilin gənc futbolçularından ibarət simvolik “11-liy”i açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 20 yaşı tamam olmayan oyunçular arasında seçim aparıb.
Qurum 3-4-3 sxeminə uyğun qurduğu rəmzi komandada hər mövqenin ən yaxşısını müəyyənləşdirib.
Qapıçı: Anatoli Trubin (Ukrayna/“Şaxtyor”, Donetsk);
Müdafiəçilər: Benoy Badiaşile (Fransa/“Monako”), Erik Qarsiya (İspaniya/“Mançester Siti”-“Barselona”), Nuno Mendeş (Portuqaliya/“Sportinq”- PSJ);
Yarımmüdafiəçilər: Cud Bellingem (İngiltərə/“Borussiya”, Dortmund), Pedri (İspaniya/“Barselona”), Eduard Kamavinqa (Fransa/“Renn”-“Real”), Bukayo Saka (İngiltərə/“Arsenal”);
Hücumçular: Rodriqo (Braziliya/“Real”), Meyson Qrinvud (İngiltərə/“Mançester Yunayted”), Camal Musiala (Almaniya/“Bavariya”).
