3 klub Ferran Torreslə maraqlanır
22.03.2025 - 21:21
3 klub Ferran Torreslə maraqlanır

"Barselona"nın futbolçusu Ferran Torreslə üç İngiltərə klubu maraqlanır. 

Apasport.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb. 

Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik ispaniyalı hücumçunu heyətində saxlamaq istəyir. Lakin rəhbərlik 25 yaşlı oyunçu üçün 40 milyon avroluq təklif gəlsə onu buraxmağa hazırdır. Hazırda Ferranla "Mançester Yunayted", "Liverpul" və "Aston Villa" maraqlanır. 

Bildirilir ki, Torresin transferindən qazanılan məbləğ "Atletik"in vingeri Niko Uilyams üçün xərclənə bilər. 

Qeyd edək ki, Ferran Torres bu mövsüm "Barselona"nın heyətində 32 matça çıxaraq 13 qol vurub və 3 qolun ötürməsini edib.