3 mütəxəssis "Barselona"nın diqqətindədir
13.02.2024 - 15:40
3 mütəxəssis "Barselona"nın diqqətindədir

“Barselona” rəhbərliyi yeni baş məşqçi postu üçün namizədlərin sayını azaldıb.

Apasport.az İspaniya mətbuatına istinadla xəbər verir ki, hazırda siyahıda 3 namizəd qalıb.

Bunlar “Brayton”dan Roberto De Zerbi, “Bayern”in və Almaniya millisinin sabiq baş məşqçisi Hans-Diter Flik və “Bayer”dən Xabi Alonsodur.

Mənbə bildirir ki, Ruben Amorim (“Sportinq”), Tiaqo Motta (“Bolonya”), Mişel Anxel (“Jirona”), Yurgen Klopp (“Liverpul”) və Pep Qvardiolanın (“Mançester Siti”) bu siyahıdan çıxarılıb.

Qeyd edək ki, komandanın hazırkı çalışdırıcısı Xavi Hernandez bu mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

0