Millətlər Liqasının 2022/23 mövsümü Azərbaycan yığmasının tarixində 3-cü olacaq.
Apasport.az saytının məlumatına görə, C liqasının 3-cü qrupunda Slovakiya, Belarus və Gürcüstan – Moldova cütünün qalibi ilə mübarizə aparacaq millimiz 2018/19 və 2020/21 mövsümlərində də qitə miqyaslı turnirdə qüvvəsini sınayıb.
Komandamız ilk cəhddə D liqasında çıxış edib. Ən zəiflərin arasında qrup qalibi olmaq üçün mübarizə aparan yığma son turda şansını əldən verib.
Öz gücü ilə C liqasına çıxa bilməyən millimiz islahatlar sayəsində yüksəlib. Ötən mövsümdə bu liqada 3-cü yeri tutan komanda yenidən eyni dəstədə çıxış edəcək.
Yığmamız Millətlər Liqasında 12 oyun keçirib. Matçların düz yarısı heç-heçə bitib. 6 sülhə imza atan millimiz 3 qələbə qazanıb və eyni sayda məğlubiyyət alıb.
Millimin top fərqi mənfidir. Avropanın birinci, hətta ikinci dərəcəli yığmaları ilə deyil, 3-4-cü kateqoriyalı rəqiblərə 9 top vuran futbolçularımız 10 qol buraxıblar. Yığma 12 görüşdə ümumilikdə 15 xal yığıb.
Qeyd edək ki, turnirə 2022-ci ilin iyununda start veriləcək.
|
MÖVSÜM (LİQA) |
O |
Q |
H |
M |
T/F |
X |
YER |
|
2018/19 (D) |
6 |
2 |
3 |
1 |
7-6 |
9 |
II |
|
2020/21 (C) |
6 |
1 |
3 |
2 |
2-4 |
6 |
III |