36 ildən sonra ilk... – 0:6
16.01.2022 - 23:44
Fransa Liqa1-nin XXI turunda “Renn”in qonağı olan “Bordo” biabırçı hesabla məğlub olub – 0:6.
Apasport.az saytının məlumatına görə, jirondistlər 36 ildən sonra ilk dəfə belə böyük fərqlə yenilgi alıb.
Komanda sonuncu dəfə 1986-cı il yanvarın 18-də “Monako”ya 0:9 hesabı ilə uduzub.
“Bordo” hazırda 17 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşır.
0
0