36 yaşlı qapıçıya 3 illik təklif
09.01.2022 - 00:42
36 yaşlı qapıçıya 3 illik təklif

“Tottenhem”in kapitanı Uqo Lyoris vətəni Fransaya qayıda bilər.

Apasport.az saytının məlumatına görə, “Renn” 36 yaşlı qolkiperlə maraqlanır.

“Qırmızı-qaralar” “Nitsa” və “Lion”un sabiq üzvünə 3 illik müqavilə təklif edib. Lyoris özü də bu təklifi bəyənir. Çünki ora keçməklə oyun praktikasını itirməyəcək və formada qalacaq. Belədə də ilin sonlarında Qətərdə keçiriləcək dünya çempionatına yollana biləcək. Ancaq “Tottenhem”in baş məşqçisi Antonio Konte də kapitanı komandada saxlamaq istəyir.

Qeyd edək ki, Uqo Lyorisin “Tottenhem”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.