37 yaşlı qolkiper Premyer Liqa klubunda
03.01.2026 - 15:27
"Bornmut" heyətini yeni qapıçı ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Freyzer Forsterlə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı qolkiperlə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Freyzer Forsterin son klubu "Tottenhem" olub. İngiltərəli "əlcək sahibi" 2025-ci ilin yayında London nəhəngindən ayrılmışdı.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0