38 yaşlı kapitan yeni müqavilə bağlayır
07.02.2022 - 16:01
38 yaşlı kapitan yeni müqavilə bağlayır

“İnter” kapitanı Samir Handanoviçlə müqavilə müddətini yeniləməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, tərəflər arasında bununla bağlı danışıqlara başlanılıb.

38 yaşlı qolkiper mövsümün sonuna qədər olan sözləşməsini daha bir il uzadacaq. Çünki sloveniyalı özü də “neradzurra”da qalmaq üçün maaşının azaldılmasına razılıq verib.

Qeyd edək ki, Samir Handanoviç 2012-ci ildən “İnter”in formasını geyinir.