400-ü keçdi, rekorda 10 qol qaldı
23.12.2021 - 11:26
400-ü keçdi, rekorda 10 qol qaldı

Kərim Benzema karyerasındakı qol sayında 400-ü arxada qoyub.

Apasport.az saytının məlumatına görə, “Real”ın fransalı hücumçusu İspaniya La Liqasının XIX turunda buna nail olub.

“Atletik”lə görüşdə dubla imza atan Kərim 400-cü və 401-ci qollarını rəsmiləşdirib. 34 yaşlı forvard Fransa futbolu tarixinə yığma və klubdakı qol sayında 400-ü keçən ikinci oyunçu kimi düşüb.

Bu göstəricidə Fransa rekordu Tyerri Anriyə məxsusdur. O, 411 qol vurub. Benzemanı bu nəticədən 10 top ayırır.