41 yaşlı futbolçu 1 il daha Fransa klubunda
14.02.2025 - 18:33
![41 yaşlı futbolçu 1 il daha Fransa klubunda](https://apasport.az/storage/news/2025/february/14/big/67af546894d1067af546894d11173954365667af546894d0567af546894d0f.jpg)
Braziliya millisinin sabiq üzvü Dante gələcəyi barəsində qərarını verib.
Apasport.az xəbər verir ki, 41 yaşlı müdafiəçi gələn mövsüm də “Nitsa”da çıxış edəcək.
Bu Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 2026-cı ilə qədər müqavilə imzalanıb.
Dantenin bu mövsümki statistikası
Braziliya millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində 18 rəsmi matçda iştirak edib.
Dante transfer tarixi
Dante 2016-cı ildə “Volfsburq”dan 2,5 milyon avroya “Nitsa”ya transfer olunub. Oyunçu karyerası ərzində “Lill”, “Bavariya”, “Borussiya Münhenqladbax” kimi komandaların şərəfini qoruyub.
0
0