45 ayın antirekordu - yığmamızdan
11.02.2022 - 00:00
45 ayın antirekordu - yığmamızdan

Azərbaycan millisi FİFA reytinqində 13-cü “onluğ”a yuvarlanıb.

Apasport.az saytının məlumatına görə, bu gün açıqlanan cədvəldə 121-ci olan Canni de Byazinin yetirmələri son 45 ayın antirekorduna imza atıb.

Yığmamız sonuncu dəfə 2018-ci ilin mayında 13-cü “onluq”da qərarlaşıb. Həmin vaxt komandamız reytinqdə 126-cı olub.

Sonrakı 3 il 8 ay ərzində daha yüksək pillələrdə var-gəl edən milli bu dəfə 120-ci yeri də tərk edib. 121-ci olan Byazinin yetirmələri 1139 xala malikdir.

Qeyd edək ki, növbəti FİFA reytinqi martın 31-də açıqlanacaq.