5 illik müqavilə təklifi - “Real”dan
21.02.2022 - 13:59
İspaniya “Real”ı futbolçusu Vinisius Juniora yeni müqavilə təklif edəcək.
Apasport.az saytının məlumatına görə, braziliyalı hücumçu ilə 5 illik anlaşma imzalanması nəzərdə tutulub.
Klub prezidenti Florentino Peres də müqaviləyə razılıq verib. O, 2018-ci ildə “Flamenqo”dan 45 milyon avroya alınan oyunçu ilə anlaşmanın uzadılmasının tərəfdarıdır.
Qeyd edək ki, Vinisius cari mövsüm La Liqanın 23 oyununda 13 qola imza atıb.
0
0