50 faiz az maaşa müqavilə təklifi
10.05.2022 - 18:13
50 faiz az maaşa müqavilə təklifi

“Yuventus” “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanı qaytarmaqda israrlıdır.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi ulduz futbolçunun menecerləri ilə ilkin görüş keçirib.

Ancaq Fransa millisinin üzvü “qoca sinyora”ya keçmək üçün “qırmızı şeytanlar”dakı maaşının 50 faiz azaldılmasına razı olmalıdır. Poqba hazırda ilinə 15 milyon avro alır. “Yuventus” təxminən 7-8 milyon avrodan çox olmayan təklif edib. PSJ isə 29 yaşlı orta sahə oyunçusuna 10 milyon avroluq maaş təklifi göndərib. Polun prioriteti də bu iki klubdan birinə keçməkdir.

Qeyd edək ki, Pol Poqbanın “Mançester Yunayted”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.