51-ci çempionluq
08.12.2021 - 09:55
51-ci çempionluq

“Penyarol” növbəti dəfə Uruqvay çempionu olub.

Apasport.az saytının məlumatına görə, Montevideo təmsilçisi finalda “Plasa Koloniya”ya qalib gəlib.

1:1 hesabı ilə başa çatan matçın taleyini penaltilər seriyasında həll olunub. “Penyarol” 8:7 hesabı ilə qalib gələrək çempion tituluna sahib çıxıb.

“Sarı-qaralar” tarixində 51-ci dəfə ölkə çempionu olub. Bu, komandanın son 25 ildə 8-ci qızıl medallarıdır.