51-ci darmadağın: “Qarabağ” hamıdan “öndə”
10.12.2021 - 12:02
51-ci darmadağın: “Qarabağ” hamıdan “öndə”

Avrokuboklar tarixində 51-ci dəfə Azərbaycan klubu böyük hesabla uduzub.

Apasport.az saytının məlumatına görə, bu uğursuzluq Konfrans Liqasının qrup mərhələsinin VI turuna təsadüf edib.

“Qarabağ” İsveçrədə “Bazel”ə 0:3 hesabı ilə uduzub. Bu, Ağdam klubunun 17-ci belə yenilgisidir.

Azərbaycan klublarının üzləşdiyi darmadağınların 1/3-i bu komandanın hesabındadır.

Avropada darmadağın olan klublarımız
1. “Qarabağ” - 17
2. “Neftçi” -    9
3-5. “Kəpəz” - 4
“Qəbələ” – 4
“İnter” - 4
6. “Şəmkir” - 3
7-9.    “Bakı” - 2
“Şəfa” - 2
“Xəzər Lənkəran” - 2
10-13.    “Turan” - 1
“Xəzri” - 1
“Viləş” - 1
“Simurq” - 1