57 yaşlı hücumçu peşəkar karyerasına bu klubda davam edəcək
13.11.2024 - 10:55
Dünyanın ən yaşlı peşəkar futbolçusu Kazuyoşi Miura yeni klubunu açıqlayıb.
Apasport.az xəbər verir ki, 57 yaşlı hücumçu icarə əsasında formasını geyindiyi "Atletiko Suzuka"da qalacaq. Bu barədə təcrübəli forvard özü məlumat verib.
Müqavilə ilə "Yokohama" klubuna məxsus olan Miura 2025-ci ilin yanvar ayında yenidən "Atletiko Suzuka"ya qayıdacaq.
O, 2024-cü ildə 11 rəsmi matçda meydana çıxıb. Futbolçu qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0