58 ildən sonra təkrarlanan rekord
08.12.2021 - 09:35
58 ildən sonra təkrarlanan rekord

“Borussiya” Çempionlar Liqasında ən böyükhesablı ev qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, Dortmund təmsilçisi qrup mərhələsinin VI turunda “Beşitkaş”ı 5 cavabsız qolla darmadağın edib.

Almaniyalılar qitənin ən nüfuzlu turnirindəki rekordunu təkrarlayıb. “Borussiya” yarışın Çempionlar Liqası adlandığı dövrdə ilk dəfə doğma meydanda 5 top fərqilə qalib gəlsə də, Çempionlar kubokunda belə uğuru olub.

Bundesliqa klubu 1963/64 mövsümündə “Benfika”nı 5:0 hesabı ilə məğlub edib. Bu nəticə 58 ildən sonra təkrarlanıb.